logo

Bu gün Azərbaycan futbol millisi Turində Portuqaliya ilə qarşılaşacaq

10:15 24-03-2021 | icon 2289
Bu gün Azərbaycan futbol millisi Turində Portuqaliya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.

YeniAvropa xəbər verir ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.