logo

Portuqaliya-Azərbaycan oyunu almaniyalı hakimlər idarə edəcəklər

12:53 23-03-2021 | icon 2338
Portuqaliya-Azərbaycan oyunu almaniyalı hakimlər idarə edəcəklər

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, matç almaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltyn kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu martın 24-də, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.