logo

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

14:54 19-03-2021 | icon 2457
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Martın 19-da futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə) - “Borussiya Dortmund” (Almaniya);

“Portu” (Portuqaliya) - “Çelsi” (İngiltərə);

“Bavariya” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa);

“Real Madrid ” (İspaniya) - “Liverpul” (İngiltərə).

“Mançester Siti” - “Borussiya Dortmund” qarşılaşmasının qalibi yarımfinalda “Bavariya” - “Paris Sen-Jermen” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Portu” - “Çelsi” cütünün qalibi isə “Real Madrid” - “Liverpul” duelinin qalibi ilə qarşılaşacaq.

Dörddəbir finalın ilk oyunları aprelin 6-7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Yarımfinal mərhələsinin ilk görüşləri aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimində qonaq qismində Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop iştirak edib.