Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Yasamal rayonu ərazisində yolu keçən Beyləqan rayon sakini P.Səfərov Füzuli rayon sakini X.Niftəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.