logo

Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub etdi

19:15 13-03-2021 | icon 2163
Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub etdi

Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi - “Meltvater” turniri start götürüb.

YeniAvropa xəbər verir ki, birinci turda qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanı məğlub edib. Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.

Digər şahmatçımız Teymur Rəcəbov birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. Növbəti qarşılaşmada təmsilçimiz argentinalı Alan Piçot ilə qarşılaşacaq.

Martın 21-dək davam edəcək yarışda 16 şahmatçı mübarizə aparır.