logo

“BMW” Bakı-Sumqayıt yolundakı körpüdən aşdı:1 ölü, 2 yaralı var

12:29 12-03-2021 | icon 2702
“BMW” Bakı-Sumqayıt yolundakı körpüdən aşdı:1 ölü, 2 yaralı var

Binəqədi rayonunda avtomobilin aşması nəticəsində bir nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobili Bakı-Sumqayıt şosesində körpünün üzərindən aşırıb. Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarətlər alıblar. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.

Nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan bir nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.