logo

Voleybol üzrə Azərbaycan çempionatları ləğv edilib

11:51 10-03-2021 | icon 2296
Voleybol üzrə Azərbaycan çempionatları ləğv edilib

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildiirilib. Qeyd edilib ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır.

Buna ölkəmizdə aprelin 1-dək karantin rejiminin tətbiq edilməsi və qapalı məkanlarda idman yarışlarının keçirilməsinə qadağa qoyulması səbəb olub. Odur ki, 2020-2021-ci il mövsümündə kişi və qadınlar arasında ölkə çempionatları, həmçinin 1-ci dəstədəki yarışlar təşkil edilməyəcək.

Xatırladaq ki, koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019-2020-ci il mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

2021-2022-ci il mövsümünün təşkili isə koronavirusla bağlı vəziyyətdən asılı olacaq.