Futbol üzrə dünya çempionatının seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının martın 27-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan millisinə qarşı keçirməli olduğu oyunun məkanı dəyişdirilib.
YeniAvropa xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Macarıstanın Debretsen şəhərindəki “Nagyerdei” stadionunda keçiriləcəyi qeyd olunub.
Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.