logo

Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

18:17 08-03-2021 | icon 1764
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda sutka ərzində koronavirus infeksiyasına 195 nəfər yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 236 min 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 789 nəfər müalicə olunaraq sağalıb, 3247 nəfər vəfat edib. Aktiv xəstə sayı 3927 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 657 min 999 test aparılıb. Bugünkü test sayı isə 4624-dür.