logo

Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür

09:45 08-03-2021 | icon 1512
Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür

Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

 YeniAvropa xəbər verir ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü elan edilib.