logo

Bakıda başına daş düşən fəhlə öldü

10:23 07-03-2021 | icon 7014
Bakıda başına daş düşən fəhlə öldü

Cəlilabad  rayon sakini paytaxtda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.

Daş karxanasında fəhləlik edən Cəlilabad rayonu Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.