logo

Rüstəm Orucov Daşkənd “Böyük dəbilqə”də bürünc medal üçün yarışacaq

14:13 06-03-2021 | icon 2352
Rüstəm Orucov Daşkənd “Böyük dəbilqə”də bürünc medal üçün yarışacaq

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

 YeniAvropa xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda yerli idmançı Obidxon Nomonov ilə gücünü sınayacaq.

Bu gün mübarizə aparan digər cüdoçularımız - 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində medal yoxdur.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.