logo

Paytaxtda məcburi köçkünlərin yataqxanasında yanğın olub

11:44 05-03-2021 | icon 2814
Paytaxtda məcburi köçkünlərin yataqxanasında yanğın olub

Paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində dördmərtəbəli binanın 50 kvadratmetrlik hissəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.