logo

Paytaxtın Nizami rayonunda yanan mənzildə meyit aşkarlanıb

12:26 04-03-2021 | icon 2289
Paytaxtın Nizami rayonunda yanan mənzildə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) paytaxtın Nizami rayonunda baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,rayonun Şərq küçəsində yerləşən üçmərtəbəli fərdi evdə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.