logo

Şəmkirdə 120 nəfərlik toy yarımçıq qaldı-iştirakçılar 200 manat cərimələndi

12:42 03-03-2021 | icon 1379
Şəmkirdə 120 nəfərlik toy yarımçıq qaldı-iştirakçılar 200 manat cərimələndi

Şəmkir ryon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərin iştirak etdiyi toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasimini dayandırıblar. Mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları həmin şəxslərə izah olunub.

Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.

Restoranın sahibi və digər üç əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılıb. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan sanitar-karantin rejim qaydaları məlumat verilərək, bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.