Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılıb.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, əldə olunmuş ilkin razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar.
Qarşılaşma Alanya şəhərindəki “Oba” stadionunda keçiriləcək.
Oyunun dəqiq tarixi və saatı ilə bağlı əlavə məlumat veriləcək.