Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bu gün bürünc medal uğrunda görüşə çıxıb.
YeniAvropa xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.
Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.
Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.