İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı bəlli olub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev məlumat verib. Onun sözlərinə görə yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.
Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Cütlüklərin yarışında isə fiqurlu konkisürmənin idman rərsi növündə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiyarışacaq.
Qeyd edək ki, sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.
xatırladaq ki, dünya çempionatı 21 - 28 mart tarixlərində keçiriləcək.