logo

Oksigenlə zəngin hava şəraiti gözlənilir

17:07 25-02-2021 | icon 1519
Oksigenlə zəngin hava şəraiti gözlənilir

Fevralın 26-dan bu ayın sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

Bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8° isti olacaq.

"Bu gecə havanın temperaturu 0-1° şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir. Bölgələrdə də fevralın 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq",-deyə Gülşad Məmmədova qeyd edib .