Avtomobil yollarındakı faktiki vəziyyət: Ölkədə bütün yollar qarla öltülüb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti bağlı əsas avtomobil yollarının vəziyyətini açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, fevralın 24-nə olan vəziyyətə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda qar yağır, Quba rayonu ərazisində 15 santimetr qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 santimetr qar yağıb, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Giləzi–Xızı yolunda qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 santimetr təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər görülür.
Bakı–Qobustan yolunda qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 santimetr qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənərək qum-duz səpilib. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan-Şamaxı–Muğanlı yolunda qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 santimetr qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Muğanlı-Ağsu–Yevlax yolunda qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 santimetr qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 santimetr qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Ələt–Hacıqabul yolunda qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul–Ucar–Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax–Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Muğanlı–İsmayıllı yolunda qar yağır, yolun kənarlarında 10-15 santimetr qar var. Güclü külək əsir, yolun 0-25 kilometr hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlib. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda marşrutboyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15 santimetr, Oğuz və Şəki rayonları ərazisində 2-3 santimetr qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal hərəkətin nəmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Şəki–Qax-Zaqatala–Gürcüstan ilə dövlət sərhədi yolunda marşrutboyu zəif qar yağır, güclü külək və 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Yevlax–Şəki (Göybulaq) yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən–Xoşbulaq yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı–Yardımlı yolunda zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Lənkəran–Lerik yolunda qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər görülür.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq