logo

Aslan İsmayılov Cahangir Əsgərovu talançı adlandırdı

22:32 23-02-2021 | icon 1981
Aslan İsmayılov Cahangir Əsgərovu talançı adlandırdı

Son günlərdə sosial şəbəkələrdə tənqid olunan məsələlərdən biri də "Azərbaycan Hava Yolları" QSC-nin biletləri baha qiymətə satmasıdır.

YeniAvropa xəbər verir ki,  bununla bağlı hüquq müdafiəçisi Aslan İsmayılov "Facebook" hesabında status yazıb:

"Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL-ın yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tbilisidən İstanbula biletin dəyəri 110 manat olduğu halda, Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu, əsl talançılıqdır.

Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır", - deyə Aslan İsmayılov vurğulayıb.