logo

Xalq artisti Yalçın Rzazadə vəfat etdi

20:09 22-02-2021 | icon 308
Xalq artisti Yalçın Rzazadə vəfat etdi

Azərbaycanın xalq artisti Yalçın Rzazadə vəfat edib.

 
YeniAvrop xəbər verir ki, bu barədə müğənninin oğlu Mətin Rzazadə məlumat verib. O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
 
Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə  respublikanın əməkdar artisti, 2000-ci ildə xalq artisti fəxri adına adına layiq görülüb.

Yalçın Rzazadə sabah dəfn ediləcək.