Qubanın icra başçısı 200 nəfərin maaş kartını mənimsəyib-VİDEO
Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.
YeniAvropa xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli "YouTube"da videosüjet yerləşdirib.
Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər başlanılıb:"Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525yeni iş yeri üçün kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər "səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-10-u arası həmin 200 nəfərin hamısı "işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.
Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq