Cüdoçumuz İsrail “Böyük dəbilqə”sində finala vəsiqə qazanıb
Təl-Əvivdə start götürən cüdo üzrə “Böyük dəbilqə” turnirində 60 kiloqram çəki dərəcəsində gücünü sınayan Davud Məmmədsoy finala vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, turnirdə almaniyalı Morits Plafki, hindistanlı Vicay Kumar, qazaxıstanlı Qusman Kirqizbayev ilə qarşılaşmaları qələbə ilə başa vuran cüdoçumuz yarımfinala yüksəlib. Yarımfinalda Rusiya təmsilçisi Ramazan Abdullayevi məğlubiyyətə uğradan idmançı finala vəsiqə qazanıb.
Onunla eyni çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov startda britaniyalı Eşli Makkenziyə məğlub olaraq mübarizəni dayandırıb. Orxan Səfərovun (66 kq) İsrail təmsilçisi Amit Boboviç ilə ilk qarşılaşması uğursuz olub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə rumıniyalı Petr Jukov, Qazaxıstan təmsilçisi Artur Te ilə döyüşlərini qələbə ilə başa vursa da, dörddəbir finalda İtaliya cüdoçusu Mattia Mikelliyə uduzub.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva ilk qarşılaşmada israilli Şira Rişoniyə məğlub olub. Onunla eyni çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə ilk görüşdə yerli idmançı Tamar Malka üzərində qələbə qazansa da, növbəti qarşılaşmada fransalı Şirine Bouklinin öhdəsindən gələ bilməyib. İlk qarşılaşmada braziliyalı Eleudis Valentim üzərində qələbə qazanan Gültac Məmmədəliyeva (52 kq) da ikinci görüşdə Fransa təmsilçisi Astrid Qnetoya uduzub.
Qeyd edək ki, turnirin birinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub.
Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb