logo

Dünya çempionunu məğlub edən Uesli So “Opera Euro Rapid”in qalibi oldu

23:13 14-02-2021 | icon 2583
Dünya çempionunu məğlub edən Uesli So “Opera Euro Rapid”in qalibi oldu

“Champions Chess Tour” seriyasının üçüncü mərhələsi - “Opera Euro Rapid” turniri başa çatıb.

YeniAvropa xəbər verir ki,  ABŞ təmsilçisi Uesli So hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni finalda məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, yarışda üçüncü yeri Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravı məğlub etməklə qazanıb.

Xatırladaq ki, seriya çərçivəsində keçirilmiş birinci turnirin - “Skilling Open”in qalibi də Uesli So olub. Seriyanın ikinci - “Airthings Masters” turnirində isə Teymur Rəcəbov birinci yeri tutub. Azərbaycanlı qrossmeyster turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib.