logo

Teymur Rəcəbovun “Opera Euro Rapid”də III yer uğrunda rəqibi bəlli oldu

10:50 13-02-2021 | icon 2590
Teymur Rəcəbovun “Opera Euro Rapid”də III yer uğrunda rəqibi bəlli oldu

“Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı turnirinin üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq.

 YeniAvropa xəbər verir ki, şahmatçımızın rəqibi yarımfinalda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə məğlub olan fransalı Maksim Vaşye-Laqrav olacaq. Finalda isə Maqnus Karlsen Uesli So ilə üz-üzə gələcək.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.