logo

Ağdaşda  "Jiquli" “Mercedes”lə toqquşdu, 2 nəfər öldü

12:08 07-02-2021 | icon 2723
Ağdaşda  "Jiquli" “Mercedes”lə toqquşdu, 2 nəfər öldü

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, Nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mercedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.