logo

Füzuli rayonunda 3 nəfər minaya düşdü: 1 ölü, iki yaralı 

19:10 02-02-2021 | icon 2814
Füzuli rayonunda 3 nəfər minaya düşdü: 1 ölü, iki yaralı 

Fevralın 2-də saat 17 radələrində Azərbaycan vətəndaşları - 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşüblər.

Füzuli rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, hadisə nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.