Fevralın 7-də Azərbaycan atletləri İstanbulda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
YeniAvropa xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi Avropa çempionu Nazim Babayev və Yekaterina Sarıyeva təmsil edəcəklər.
İdmançılarımız üç təkanla tullanma növündə çıxış edəcəklər.