logo

Bakıda paracüdo üzrə "Qran-Pri" turniri keçiriləcək

16:10 02-02-2021 | icon 5558
Bakıda paracüdo üzrə "Qran-Pri" turniri keçiriləcək

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) 2021-ci ildə keçiriləcək yarışların yenilənmiş təqvimini dərc edib.

YeniAvropa xəbər verir ki, təqvimə əsasən, bu il mayın 20-28-də paracüdo idman növü üzrə "Qran-Pri", beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi planlaşdırılıb.

"Qran-Pri" turnirinin mayın 24-25-də keçirilməsi planlaşdırılır. Turnir  cari ildə keçiriləcək “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, cari ilin mayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.