logo

Bakı-Sumqayıt yolunda tıxacın səbəbi məlum oldu

09:38 02-02-2021 | icon 1638
Bakı-Sumqayıt yolunda tıxacın səbəbi məlum oldu

Səhər saatlarında Sumqayıtdan Bakı istiqamətində yolda yaranan tıxacın səbəbi məlum olub.

 YeniAvropa xəbər verir ki,  Bakı Nəqliyyat Agentliyinin məlumatına görə , sıxlığa səbəb Bakı-Sumqayıt şosesində avtomobillərdən birində nasazlıq yaranmasıdır.

Nəqliyyat vasitəsində yaranmış nasazlıq Moskva prospekti istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaradıb.