Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə seçkilər videokonfrans yolu ilə keçiriləcək.
YeniAvropa qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tomas Bax keçirdiyi mətbuat konfransında açıqlayıb.
Qeyd olunub ki, COVID-19 pandemiyasının dünya miqyasında yayılması səbəbindən BOK Afinada martın 10-12-də baş tutacaq iclası onlayn şəkildə keçirməyə qərar verib.
Xatırladaq ki, ötən ilin iyulunda T.Bax təşkilatın 136-cı iclasında yeni müddətə prezident seçilməklə bağlı qərarını elan edib. Qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəd T.Bax olacaq.