logo

İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi

17:57 27-01-2021 | icon 1743
İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi

Prezident İlham Əliyev yanvarın 27-də Portuqaliya Respublikasının prezidenti Marselu Rebelu de Souzaya təbrik  məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:" Hörmətli cənab prezident,

Portuqaliya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".