logo

Tağı Əhmədov xəstəxanadan evə buraxılıb: Ayaqları tutulmuşdu

12:52 27-01-2021 | icon 1631
Tağı Əhmədov xəstəxanadan evə buraxılıb: Ayaqları tutulmuşdu

Ayaqları tutulduğu üçün ötən gün xəstəxanaya yerləşdirilən Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti normallaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə onun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. Bildirib ki, keçmiş rəisin səhhətində müsbət irəliləyiş var və müalicə olunduqdan sonra evə buraxılıb:

“Həkimlərimiz sağ olsun, hər cür yardım etdilər.  Hal-hazırda yeriyir”.

S. Əhmədova həyat yoldaşının səhhəti ilə bağlı xəbərin ictimailəşdirilməsinə də etirazını bildirib: “Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın. Bunu niyə ictimailəşdirirlər? O da insandır, dağ deyil, daş deyil. Bu Azərbaycan xalqına yaraşan bir şeydirmi? Tağı Əhmədov da insandır, o da xəstələnə bilər. İndi yaxşıdır, şükürlər olsun. İcazə versinlər, insan bir az dincəlsin, özünə gəlsin. O da sıradan bir insandır...”

Xatırladaq ki, ötən gün Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. Onun ayaqlarrı tutulduğundan Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilmişdi. T.Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub./Yeni Sabah