logo

Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı

18:32 26-01-2021 | icon 1694
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülərini paylaşıb.

YeniAvropa xatırladır ki, Bazarçayın sahilində, dağətəyi ərazidə yerləşən Dəmirçilər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi işğalçılardan azad edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: