logo

Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq

18:08 26-01-2021 | icon 2345
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq

Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar yanvarın 27-də gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  “Azərsu” ASC-dən bildirilib.