BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi qüvvəyə mindi
BMT-nin 2017-ci ildə qəbul etdiyi Nüvə Silahının Ləğvi Barədə Müqavilə bu gündən qüvvəyə minir. Həmin müqavilənin qəbulu üçün 122 dövlət səs verib. Ötən ilin oktyabrında isə müqavilə onu ratifikasiya etmiş 50 dövlətin ərazisində qüvvəyə minib.
YeniAvropa xəbər verir ki, bununla əlaqədar videomüraciət yayan BMT-nin baş katibi Antonio Quterreş müqavilənin qüvvəyə minməsini nüvə silahından azad olmuş dünyanın yaranması istiqamətində mühüm addım adlandırıb. Baş katib dünyanın bütün dövlətlərini ümumi kollektiv təhlükəsizliyin təmin edilməsi üçün birgə çalışmağa dəvət edib. A.Quterreş deyib ki, nüvə partlayışlarından və sınaqlarından sonra sağ qalanlar bu faciələrin canlı şahidləridir və müqavilənin əsasında dayanan əsl mənəvi gücdürlər.
Qeyd edək ki, müqavilə nüvə silahının hazırlanması, istehsalı və istifadəsini qadağan edir.
Lakin dünyada nüvə silahına malik olan dövlətlərin heç biri bu müqaviləni imzalamış 86 və ratifikasiya etmiş 51 dövlətin siyahısına daxil deyil.
Bundan əlavə, nüvə silahına qabaqlayıcı vasitə kimi baxan NATO üzvləri, həmçinin Yaponiya və Cənubi Koreya da müqaviləyə qatılmayıblar. Bu isə o deməkdir ki, müqavilənin qüvvəyə minməsinə baxmayaraq, bu sursat heç də dərhal azalmayacaq.
Müqaviləyə qoşulan dövlətlər ümid edirlər ki, nüvə silahının qeyri-qanuni elan olunması bu silaha malik olan bütün ölkələr üçün mühüm təzyiq vasitəsinə çevriləcək. Bu dövlətlər müqaviləni ratifikasiya etmiş ölkələrin sayının cari ildə 100-ə çatacağına ümid edirlər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq