logo

Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə  bir dəqiqəlik sükut olacaq

11:01 20-01-2021 | icon 1540
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə  bir dəqiqəlik sükut olacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞYPİ) vətəndaşlara müraciət edib.

 YeniAvropa xəbər verir ki, BŞYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

"Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq"