Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib
Tehranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev yanvarın 18-də İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin bugünkü vəziyyəti və perspektivləri müzakirə edilib.
Şahin Mustafayev Dövlət Komissiyasının İranda keçirilən 14-cü iclasından danışıb və qarşılıqlı əlaqələrin inkişafı baxımından komissiyanın işini yüksək qiymətləndirib.
Baş nazirin müavini bildirib ki, İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdi. Qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin mənafeyinə uyğundur. Bu günədək Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında 13 görüş keçirilib. Hər iki prezident münasibətlərin yüksək səviyyəyə inkişafı üçün siyasi iradə nümayiş etdiriblər. Bunu nəticəsidir ki, dövlətlərimiz arasında 100-dən çox sənəd imzalanıb.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Şahin Mustafayev İran xalqına və dövlətinə minnətdarlığını bildirib. Nəzərə çatdırıb ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.
Qeyd olunub ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan, İran, Türkiyə və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.
Şahin Mustafayev dövlətlərimiz arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini nəzərə çatdırıb.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib. Nəzərə çatdırıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edən Mahmud Vaezi bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.
Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb