Belarusun paytaxtı Minsk şəhəri xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə eynəlxalq Buzüstü Xokkey Federasiyasının(İİHF) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bu haqda qərar Fedaerasiyanın bu gün keçirilən iclasında qəbul olunub.
Məlumatda həmçinin, qeyd edilib ki, "Skoda" və "Nivea" şirkətləri də bir müddət əvvəl çempionatın Belarusda keçiriləcəyi təqdirdə yarışlara sponsorluq etməkdən imtina edəcəklərini açıqlayıblar.Bunun ardından digər şirkətlər də "insan haqlarının pozulduğu ölkədə keçirilən çempionata sponsorluq etmək istəməyirik" deyərək namizədliklərini geri çəkiblər.
Fakt qarşısında qalan İİHF çempionatın Minskda keçirilməməməsinə qərar verib.
Belarus prezidenti Aleksandr Lukoşenko "Rosiya-1" telekanalına müsahibəsində baş verənləri- idmanın siyasətə qarışmasını "rəzalət" adlandırıb.
Xatırladaq ki, pandemiya səbəbindən buzüstü xokkey üzrə dünya çempionatının 21 may - 6 iyun tarixlərində Minsk və Riqada (Latviya) təşkil olunması planlaşdırılırdı.
İndi İİHF çətin duruma düşüb. Ya çempionat bütünlüklə Latviyada keçiriləcək, ya da ki, Belarusun yerinə digər namizəd ölkə axtarmalı olacaq. Bu haqda son qərarı Fedarasiya qarşıdakı günlərdə verəcək.