logo

Qarsda genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri keçiriləcək

13:52 17-01-2021 | icon 1939
Qarsda genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri keçiriləcək

Türkiyə Silahlı Qüvvələri ən böyük qış təlimlərinə hazırlaşır.2021-ci ilin qış təlimi 1-12 fevral tarixlərində Qars şəhərində keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimdə snayper komandaları, Xüsusi Təyinatlı Komandanlığın şəxsi heyəti, komando və helikopterlər iştirak edəcək.

Türk hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə ortaq hərəkətli atəş təlimində iştirak edəcəklər.

Bu, təlimlə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını yoxlamaq məqsədi daşıyır.

Azərbaycan Silahlı Qüvvələri personalının da iştirak edəcəyi operativ səviyyəli təlimin son dövrlərin ən böyük təlimlərdən biri olduğu qeyd edilir.