logo

Qohumlar mərhum xalq artistinin mirasını bölə bilmirlər

19:29 13-01-2021 | icon 1869
Qohumlar mərhum xalq artistinin mirasını bölə bilmirlər

Mərhum xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb.

 YeniAvropa xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər "ARB TV"də yayımlanan  "Elgizlə izlə" proqramında məlumat veribdeyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyirlər.

Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub:

"Qohumlar indi düşüb üstümə ki, nə vaxt baxdın ona? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.

Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.

Atam həyət evində yaşayırdı. Kapriz edirdi ki, evimi istəyirəm. Oturub ağlayırdım ki, bibimi apara bilmirəm, məcbur qalmalıyam. İki övladım da hərbçi idi. Bilmirdim onları düşünüm, yoxsa bibimlə atamı".

Qeyd edək ki, S.İbrahimovadan sonra qardaşı da dünyasını dəyişib.