logo

İranda daha 97 nəfər koronavirusdan ölüb

14:30 13-01-2021 | icon 287
İranda daha 97 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İranda koronavirusa 6 min 317 nəfər yoluxub, 97 nəfər isə həyatını itirib.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O, bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 305 min 339 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 56 min 457-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 469 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 94 min 388 xəstə sağalaraq evə buraxılıb.