logo

Teymur Rəvəbov “Champions Chess Tour”un III turnirində iştirak edəcək

12:29 13-01-2021 | icon 280
Teymur Rəvəbov “Champions Chess Tour”un III turnirində iştirak edəcək

Fevralın 6-14-də “Champions Chess Tour” seriyasının üçüncü turniri keçiriləcək.

YeniAvropa xəbər verir ki, onlayn turnirdə Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbov da iştirak edəcək. Onunla yanaşı, yarışda hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), Nikaru Nakamura, Uesli So (ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) da mübarizə aparacaqlar.

“Champions Chess Tour” seriyası 10 turnirdən ibarət olub 2021-ci ilin sentyabrınadək davam edəcək.

Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki, “Skillinq Open” yarışında da təmsilçimiz erməni rəqibinə prinsipial qarşılaşmada qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.