Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.
YeniAvropa xəbər verir ki, təqvimə əsasən, Azərbaycan növbəti dəfə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.
Bildirilir ki, bu il Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.
Xatırladaq ki, paytaxt Bakı, eləcə də Qəbələ şəhəri indiyədək dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibliyi edib.