logo

Paşinyanın əleyhdarları Yerevanda mərkəzində çadırlar qurdular

16:09 22-12-2020 | icon 5621
Paşinyanın əleyhdarları Yerevanda mərkəzində çadırlar qurdular
Bu gün səhər saatlarından başlayaraq Ermənistanda ümumxalq mitinqi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Respublika meydanına toplaşan etirazçılar burada çadırlar qurmağa başlayıblar.

Mitinqdə çıxış edənlər baş nazir Nikol Paşinyan istefaya getməyənə qədər çadırların yığışdırılmayacağı deyiblər.

Mitinq iştirakçıları artıq çadırlarını da qurdular. Onlar meydanda gecələməyi və aksiyanı davamlı hala gətirməyi planlaşdırırlar.

“Daşnaksütyun” partiyası Ali Şurasının sədri İşxan Sağatelyan deyib ki, hava soyuq olsa da, bir sıra çətinliklər yaransa da aksiya iştirakçıları güclüdürlər, həmrəydirlər. “Ölkəmizin gələcək taleyi həll olunur”, - deyə o, bildirib.

"Sputnik Armeniya" xəbər verir ki, etirazçılar "Hökumət evi"ni, eləcə də Baş prokurorluğun binasını blokadaya alıblar.