logo

Avropa İttifaqı "Pfizer/BioNTech" vaksinini 15,5 avrodan alacaq

21:20 21-12-2020 | icon 1834
Avropa İttifaqı "Pfizer/BioNTech" vaksinini 15,5 avrodan alacaq

Avropa İttifaqı "Pfizer" və "BioNTech" kompaniyalarının koronavirus əleyhinə hazırladıqları vaksininin bir dozasına 15,5 avro ödəməyə razılaşıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi Aİ rəsmilərinə istinadla məlumat yayıb.

Bildirlib ki, üç yüz milyon vaksin dozası üçün razılaşdırılmış qiymət məxfi saxlanılır. Lakin onun ABŞ-ın 100 milyon dozadan ibarət ilk peyvənd partiyası üçün ödədiyi qiymətdən (dozası 19,5 dollar) bir qədər ucuz olduğu məlumdur.

Belçikanın büdcə məsələləri üzrə dövlət katibi Yeva De Bliker özünün “Twitter” səhifəsində təsadüfən koronavirus əleyhinə vaksinin qiyməti barədə məxfi informasiyanı dərc edib. Həmin məlumata əsasən, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladıqları vaksinin dozasının alış qiyməti 12 avro (14,6 dollar) təşkil etməlidir. Odur ki, bir çoxları bunu Aİ ilə razılaşdırılmış son qiymət hesab ediblər.

Dekabrın 21-də Avropanın Dərman Preparatları Agentliyinin vaksin barədə yekun qərar verəcəyi, dekabrın 27-də isə üzv ölkələrdə eyni vaxtda kütləvi vaksinasiyanın başlanacağı gözlənilir.