Vətən müharibəsində 18 cüdoçumuz şəhid olub
Vətən müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri - cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 44 günlük Vətən müharibəsində iştirak edən yüzdən çox cüdoçudan 18-i şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt cüdo məktəbinin yetirməsi, adı dillər əzbəri olmuş 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadə düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə şəhid general-mayor Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülən qəhrəman əsgər Ali Baş Komandanın göstərişi ilə ikinci Fəxri xiyabanda - general Polad Həşimovun məzarının yanında dəfn olunub.
Azərbaycan cüdo məktəbinin yetirməsi olan daha bir şəhid idmançı tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərliyi altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birinciliyinin, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub. Bundan əlavə, o, texniki işçi kimi federasiyanın keçirdiyi yarışların təşkil komitəsinin üzvü kimi də çalışıb. V.Dəmirov Füzuli uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb.
Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda döyüşlərdə həlak olub. Dörd il əvvəl iştirak etdiyi 2016-cı il Aprel döyüşlərində qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhid olduğu üçün komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər qəhrəmancasına vuruşub. O, doğulduğu Kalinovka kəndində böyük izdihamla dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Vətən müharibəsində Cəbrayıl Dövlətzadə, Vüsal Dəmirov, İntiqam Əsgərli ilə yanaşı, daha 15 cüdoçu - Rəşad Babayev, Zaur Mədətov, Röyan Hüseynov, Rüfət Əliyev, Araz Seyfullayev, Vüsal Hadıyev, Süphan Həsənov, İntiqam Əsgərli, Elvin Məmmədov, İsmayıl İrapov, Elvin Qədirov, Fəqan Məmmədov, Ehtiram Əhmədov, Rəsul Süleymanov, Novruz Həsənov, Ruhid İslamlı qəhrəmancasına şəhid olublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb