Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kubokunda yarımfinal görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançımız bu mərhələdə tacikistanlı Muhamad İkromovla qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.