Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ənənəvi olaraq Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə "Tata Steel Chess Tournament”də iştirak etməyəcək.
YeniAvropa xəbər verir ki, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa bu il qatılmamaq qərarını verib.
Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda artıq ona əvəzləyici də tapılıb.
Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.
Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.